Ölkə futbolu Premyer Liqa

“Qarabağ” tarixində 2-ci dəfə

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Zirə” – “Qarabağ” oyununda 6:0 hesablı qələbə qazanan qonaqların 6 futbolçusu qol sevinci yaşayıb.

Bu, Ağdam təmsilçisinin ölkə çempionatlarındakı çıxışları tarixində ikinci belə hadisədir. İndiyədək yalnız bir dəfə “Qarabağ”ın 6 üzvü eyni matçda qol vurub. 2012-ci il avqustun 19-da “Sumqayıt”la səfər oyununda 6:1 hesabı ilə qalib gələn ağdamlıların qollarına fərqli futbolçular imza atmışdı. Həmin vaxt Riçard Almeyda, Rəşad Sadiqov birinci, Vüqar Nadirov, Muarem Muarem, İlqar Qurbanov və Namiq Yusifov ikinci hissədə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43