Kateqoriyasız

“Qarabağ” və “Qəbələ”yə 2 milyon 400 min avro verildi

2015/2016-cı il mövsümündə Futbol üzrə Avropa Liqasının qrup mərhələsinə yüksəlmiş “Qarabağ” və “Qəbələ” klublarına UEFA-nın ayırdığı vəsaitin həcmi açıqlanıb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA Azərbaycanın hər iki klubuna 2 400 000.00 (iki milyon dörd yüz min) avro vəsait ayırıb.

AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada hər iki klubun hesabına köçürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43