İdman

“Qarabağ” və “Roma”nın hansı futbolçuları bir klubda çıxış edib? – KLUBLARIN ORTAQ NÖQTƏLƏRİ

Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və “Roma” komandaları haqda UEFA-nın rəsmi saytı lazımı məumatları dərc edib.

İdmanxeber.com-un xəbərinə görə, yazıda hər iki komanda arasında olan əlaqələri göstərib. Belə ki, “canavarlar”ın heyətində  yer alan müdafiəçi Roman Xuanın 3 il əvvəl Avropa Liqasının qrup mərhələsinin görüşləri çərçivəsində “Qarabağ”a qarşı çıxış edib. Arxa xətt oyunçusu həmin vaxt “İnter”in şərəfini qoruyub. Bundan başqa Stepen El Şaravi də Ağdam təmsilçisi üçün yad futbolçu deyil. O, 2015-2016-ci il mövsmündə qitənin ikinci dərəcəli klub turnirində – hımin vaxt “Monako”nun formasını geyinərkən “köhlən atlar”a qarşı meydanda olub. Hücumçu eyni zamanda AVRO 2016-nın oyunları çərçivəsində, İtaliya yığmasının heyətində Azərbaycana qarşı mübarizə aparıb. Allesandro Florenzi isə Palermoda reallaşan İtaliya – Azərbaycan matçında “Qarabağ”ın bir sıra futbolçularına qarşı oyun sərgiləyib. 

“Qarabağ”ın futbolçusu Miçel paytaxt klubunun heyətində yer alan Kostas Manolasla bir klubda çıxış edib. Adıçəkilən oyunçular 2010-2011-ci il mövsmündə Yunanıstanın AEK klubunda birgə top qovublar. 

Hər iki klubun heyətində mili komandaları eyni olan futbolçulara da rast gəlmək mümkündü. Daha dəqiq desək, Bosniya və Hereqovina yığmasının və “Qarabağ”ın qolkiperi İbrahim Şehiç rəqibin hücumçusu Edin Dzeko ilə komanda yoldaşıdı. Yakub Jezniçak və Lukas Skorupski isə Polşa millisinin üzvləridi.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43