İdman

“Qarabağ” yeni mövsümdən avrokubok matçlarını hansı stadionda keçirəcək?

Cari mövsüm UEFA Çempionlar Liqasında qrup mərəhləsinə vəsiqə qazanaraq Azərbaycan futbolunda tarix yazan “Qarabağ” avrokubok matçları üçün 2 stadion sifariş edib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi yeni mövsüm üçün avokubokdakı rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklər. Ehtiyat arena kimi  Bakı Olimpiya Stadionu sifariş edilib.

Xatırladaq ki, cari mövsümün başa çatmasına 6 tur qaldığı bir vaxtda, Qurban Qurbanovun yetirmələri ən yaxın izləyicisi “Qarabağ”ı 12 xal qabaqlayır. Bu isə “köhlən atlar”ın ardıcıl 5-ci çempionluğa irəliləməsi anlamına gəlir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43