Kateqoriyasız

“Qarabağ”da Reynaldo şoku: Mövsümü erkən bitirdi

“Qarabağ”ın futbolçusu Reynaldo üçün mövsüm erkən başa çata bilər.

İdmanxeber.com-un məlumatına görə, “sambaçı”nın durumu heç də yaxşı deyil. Dizindən zədə alan futbolçunun durumu ciddidi. Dizində yırtıq aşkarlanan forvardın mövsümün sonuna kimi oynaya bilməyəcəyi bəlli olub.

Qeyd edək ki, Reynaldo bundan öncə də eyni halla üzləşmiş və bir müddət “Qarabağ”a kömək edə bilməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43