Ölkə futbolu

“Qarabağ”dan açıqlama: “Beşiktaş”dan Qurban Qurbanova təklif gəlib?

“Qarabağ” rəsmisi baş məşqçi Qurban Qurbanovun adının “Beşiktaş”la hallanmasına münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Türkiyənin “Fanatik” nəşrinə danışıb. O, çıxan xəbərləri təkzib edib:

“Bu xəbərlər Azərbaycan mətbuatında da dərc olunur. Ancaq Qurbanovun “Beşiktaş”a keçəcəyi barədə klubumuza rəsmi və ya qeyri-rəsmi heç bir məlumat daxil olmayıb. Baş məşqçimiz özü də bu yaxınlarda karyerasını “Qarabağ”da bitirmək istədiyini açıqlayıb”.

Xatırladaq ki, İstanbul klubu ötən günlərdə portuqaliyalı baş məşqçi Fernandu Santuşla yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43