İdman

“Qarabağ”dan ardıcıl 3-cü “qızıl dubl”!

Bu gün Azərbaycan kubokunda 2016/2017 mövsümünün final oyunu keçirilib.

İdmanxeber.com-un məlumatına görə, həlledici görüşdə "Qəbələ" və "Qarabağ" klubları üz-üzə gəlib.

Çempion olaraq ardıcıl 4-cü dəfə qızıl medallara sahib çıxan "Qarabağ"  "Qəbələ"nin mövsümü titulla bitirməsinə imkan verməyib. İki qolun qeydə alındığı qarşılaşmada "Qarabağ" qələbə qazanan tərəf olub. Bununlada Qurban Qurbanovun başçılıq etdiyi kollektiv ardıcıl 3-cü ilində "qızıl dubl" edib.

5 may

Azərbaycan kuboku

Final

16:00.“Qarabağ” – “Qəbələ” 2:0
QOL: 
Mahir Mədətov, 51 (1:0), Ürfan Abbasov (avtoqol), 68 (2:0)

Naxçıvan. Şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43