Kateqoriyasız

“Qarabağ”dan azarkeşlərə sürpriz – “Lex”lə oyundan öncə

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Lex” matçına gələcək azarkeşləri sürpriz gözləyir.

İdmanxeber.az Ağdam təmsilçisisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun günü 18:30-dan etibarən Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı təşkil olunacaq.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lex” qarşılaşması saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43