Kateqoriyasız

“Səbail” onun keçidini açıqladı

Qazaxıstan “Turan”ından ayrılan Emil Balayevin yeni klubu məlum olub. 

İdmanxeber.az xəbər verir ki, 28 yaşlı qolkiper karyerasını “Səbail”də davam etdirəcək. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Millimizin üzvü ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, iyulun 4-də “Turan”dan ayrılan Balayev 2017-2018-ci illərdə də “Səbail”də oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43