Kateqoriyasız

“Qarabağ”dan azarkeşlərinə sevindirici xəbər

“Qarabağ” Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sabah”ı qəbul edəcək.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi mayın 3-də “Azərsun Arena”da keçiriləcək oyun üçün girişi biletsiz edib.

Ramazan bayramı ilə əlaqədar azarkeşlərin stadiona girişi pulsuz olacaq.

Qeyd edək ki, “Qarabağ” saat 19:00-da başlayacaq görüşdə “Sabah”a uduzmasa, mövsümün sonuna 3 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43