Kateqoriyasız

“Qarabağ”dan darmadağın, “Neftçi”dən çətin qələbə

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

İdmanxeber.az-ın məlumagına görə, lider “Qarabağ” səfərdə “Səbail”in qonağı olub. Aödam klubu sözügedən matçda rahatlıqla qələbə qazanıb – 4:0.

Günün digər matçında “Neftçi” və “Sumqayıt” klubları üz-üzə gəlib. 3 qolun qeydə alındığı görüşdə “Neftçi” qələbəyə sevinib.

1 sentyabr (bazar)

Azərbaycan Premyer Liqası, III tur

21:00. “Səbail” – “Qarabağ” – 0:4
Qol: Dani Kintana, 2, İsmayıl İbrahimli, 29, 59, Mahir Emreli, 62
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Cavanşir Yusifov, Rəhim Həsənov

19:00. “Neftçi” – “Sumqayıt” – 2:1
Qol: Mehdi Şərifi, 33 (0:1), Emin Mahmudov, 64 (1:1), Stiven Monroz, 90+5 (2:1)
Qırmızı vərəqələr: Murad Xaçayev, 82 – iki sarı vərəqə (“Sumqayıt”), Anton Krivotsyuk, 90+5 -iki sarı vərəqə (“Neftçi”), Vurğun Hüseynov, 90+5 – birbaşa qırmızı vərəqə (“Sumqayıt”)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elçin Məsiyev

31 avqust (şənbə)

“Zirə” – “Sabah” – 1:1

“Qəbələ” – “Keşlə” – 0:4


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43