Ölkə futbolu

“Qarabağ”dan ikitərəfli oyun, Reynaldo fərdi məşq etdi

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda günü tək məşqlə başa vurub. Axşam saatlarında olan çalışmada futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Daha sonra qapıya zərbələri yerinə yetirən komanda ikitərəfli oyunla məşqi yekunlaşdırıb.

Zədəli futbolçular – Reynaldo Silva və Hacıağa Hacılı fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43