Dünya futbolu

“Real”dan “Porto”nun oyunçusuna 55 milyon avro

Madrid təmsilçisi “Porto”nun gənc ulduzu Eder Militaonu heyətinə qatmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, “Real” bunun üçün portuqaliya klubu ilə danışıqlara da başlayıb. 21 yaşlı müdafiəçinin müqaviləsində 55 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib. Lakin bu rəqəm qış fasiləsi dönəmi üçündür. Mövsümün sonunda isə bu rəqəm 75 milyon avro olacaq. Elə bu səbəbdən “Kral klubu” gənc ulduzu yanvar ayında rənglərinə bağlamaq istəyir.

Sözügedən futbolçu ilə “Real”la yanaşı İngiltərənin “Liverpul” və “Mançester Yunayted” klubları da maraqlınır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43