İdman

“Qarabağ”ı keçə bilərik” – BATE-nin futbolçusu

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq BATE-nin futbolçusu İqor Staseviç ölkəsinin mətbuatına verdiyi açıqlamada Ağdam klubunu keçə biləcəklərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, o, “Qarabağ”ı mübarizədən kənarlaşdıra biləcəklərin deyib:

“Tezliklə “Qarabağ”la oyunun hazırlıqlarına başlayacağıq. Bu komandanın ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynayıdığını bilirəm.  Komandanın heyətində  güclü legioner futbolçular yer alıb.  Ancaq düşünürəm ki, “Qarabağ”ı keçə bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43