Ölkə futbolu

“Qarabağ”ın baş meneceri Keytanın transfer məsələsinə aydınlıq gətirdi

Bu gün mediada Polşanın “Lex” klubunun hücumçusu Məhəmməd Keytanın “Qarabağ”la razılaşdığı barədə məlumatlar yayılmışdı.

Məsələni aydınlaşdırmaq üçün “Qarabağ” klubunun baş meneceri Asif Əsgərovla əlaqə saxladıq. O, idmanxeber.com-a açıqlamasında məsələdən xəbərdar olmadığını bildirdi.

“Mən bilmirəm mətbuatda nə yazırlar, amma mənim belə bir məsələdən xəbərim yoxdur. Bu barədə heç bir məlumatım yoxdur”.

Maraqlıdır ki, baş menecer məlumatı nə təsdiq, nə də inkar etdi. Buna görə də “Qarabağ”da yeni futbolçu görə biləcəyimiz ehtimalı hələ də qalır.

Qeyd edək ki, futbolçunun “Qarabağ”a transferi barədə Polaşa mətbuatı məlumat yaymışdı. Məlumatda 26 yaşlı hücumçu ABŞ-ın “Minnesota” klubuna keçməkdən imtina etdiyi bildirilirdi. Hücumçu verdiyi açıqlamada Ağdam klubu ilə müqavilə şərtlərini razılaşdırdığını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43