Dünyadan

Ronaldonun kikboksçu dostu həbs oldundu

Haaqa Ali Məhkəməsi məşhur kikboksçu Badr Hariyə hökm oxuyub.

İdmanxeber.com-un məlumatına görə, mərakeş əsilli hollandiya vətəndaşı olan kikboksçu iki il müddətinə həbs olunub.

Buna səbəb onun Amsterdamda biznesmen Koen Everinkə hücum etməsi və gecə klubunda dalaşmasıdır.

Harinin məhkəmə işi 2012-ci ildən davam edirdi.

Qeyd edək ki, kikboksçu ilə “Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo yaxın dostdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43