Ölkə futbolu

“Qarabağ”ın düşünən beyini: “Admir Teli və Reynaldonu düşünmək lazım deyil”

"Biz bilirdik ki, gözəl  bir oyun oynayacağıq və yaxşı da nəticə qazanacağıq. Çünki biz yaxşı məşq edirdik. Öncədən də bilirdik ki, "Zalsburq" kimi güclü, sürətli komandaya qarşı çətin oyun olacaq. Məhz buna görə də yaxşı hazırlaşmışdıq".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Riçar Almeyda deyib.

Braziliyalı futbolçu "Zalsburq"la oyunda alınan 2 qırmızıdan danışaraq, Avstriyadakı cavab matçı haqda fikirlərini bildirib:

"Qırmızı vərəqə alan Admir Teli və Reynaldonu təkcə düşünmək lazım deyil. Bizim Rəşadımız var, bizim Vüqarımız var ki, onlar yaxşı oyunları ilə bizə kömək edə bilərlər. Avstriyada da qələbəyə oynayacağıq. Turu keçmək üçün oynayacağıq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43