Kateqoriyasız

“Qarabağ” Çempionlar Liqasında yeni tarix yazdı

“Qarabağ” “Zalsburq”u məğlub etməklə tarixə düşüb.

İdmanxeber.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası olub.

ÇL-in III təsnifatında indiyə kimi iştrak edən iki klubumuz – “Neftçi” və “Bakı” sözügedən mərhələdə qələbə qazana bilməmişdi.

“Zolaqlılar” Bolqarıstanın “Levski” (0:0, 0:2), “Neftçi” isə İsrailin “Hapoel” (Kiryat-Şmona) klubuna qalib gələ bilməmişdi (2:2, 0:4).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43