Ölkə futbolu

“Qarabağ”ın ilk sınağı

Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün toplanış çərçivəsində ilk oyununa çıxacaq.

Idmanxeber.com-un məlumatına görə, Ağdam klubu Rusiya təmsilçisi “Axmat”la üz-üzə gələcək. Qarşılaşma Kössen qəsəbəsində baş tutacaq.

Qeyd edək ki, “Terek” adını “Axmat”a dəyişən Qroznı təmsilçisi bir neçə gün əvvəl Avstriyada hazırlıq keçən “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazanıb.

19:00 “Qarabağ” (Azərbaycan) – “Axmat” (Rusiya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43