İdman

“İnter” və “Zirə” səfər oyunlarını bu stadionlarda keçirəcək – FOTOLAR

Ötən gün Avropa Liqasında 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü atıldı.

İdmanxeber.com-un məlumatına görə, I təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçimiz “İnter” Serbiyanın “Mladost”u (Luçani) ilə, “Zirə” isə Lüksemburqun “Differdanj” klubu ilə qarşılaşacaq. 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Qəbələ” isə “Jagiellonia Białystok” (Polşa) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

“İnter” ilk oyununu səfərdə, “Zirə” və “Qəbələ” isə evdə keçirəcək.

Serbiya təmsilçisi “Mladost” “İnter”i “Mladost Luçani” stadionunda qəbul edəcək. Arena 2 tribunadan ibarətdir və 8 min azarkeş tutumuna malikdir. Təmsilçimiz ev oyununu isə “Bakcell Arena”da keçirəcək. sözügedən matç iyulun 6-da baş tutacaq. Qeyd edək ki, “İnter”dən əlavə “Qəbələ” də ev oyunları üçün “Bakcell Arena”nı sifariş edib.

“Zirə” isə ilk oyununu evdə keçirəcək. “Qartallar” “Differdanj”ı “Dalğa Arena”da qəbul edəcək. Tərəflər arasındakı cavab oyunu isə iyulun 6-da Differdanj şəhər stadionunda baş tutacaq. 2012-ci ildə inşa edilən bu stadion 3000 azarkeş tutumuna malikdir.  Stadionun ot örtüyü təbiidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43