Ölkə futbolu

“Qarabağ”ın ilk yoxlama matçının vaxtı dəqiqləşdi

Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” iyunun 20-də ilk yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq. Kössen qəsəbəsində baş tutacaq arşılaşma yerli vaxtla saat 17:00-da  (Bakı vaxtıyla 19:00) start götürəcək.

Qeyd edək ki, bir müddət öncə “Terek” klubu adını dəyişdərərək “Axmat” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43