Kateqoriyasız

“Qarabağ”ın jurnalistlərə müraciəti

Avropa Liqasının qrup mərhələsinin I tur çərçivəsində baş tutacaq `Qarabağ` (Azərbaycan) – `Sent-Etyen` (Fransa) oyunu üçün akkreditasiya haqqında məlumat.

Dəyərli media mənsubları. UEFA-nın tələblərinə uyğun olaraq akkreditasiya proseduru üçün müəyyən şərtlər vacibdir. Bu şərtlər arasında oyunda iştirak edəcək media mənsublarının işinin səmərəliliyini təmin etmək də var.

Bunu nəzərə alaraq bildiririk ki:

Qarabağ` (Azərbaycan) – `Sent-Etyen` (Fransa) maçına akkreditə olmaq üçün mənsub olduğu qurumun vəsiqəsini təqdim etmək. (Vəsiqənin surəti UEFA-ya təqdim ediləcək)

Futbol profilli mətbu orqanlara 2, qeyrilərinə 1 akkreditasiya veriləcək. (Əgər hansısa mətbu orqan əlavə olaraq akkreditasiya istəsə (vəsiqəni təqdim etməklə) mətbuat nümayəndələri üçün ayrılmış 37ci-sektora dəvətnamə götürə bilərlər – maksimum 3 ədəd)

Oyunda qeydiyyatdan keçəcək fotoqraflar üçün UEFA-dan göndərilmiş press-jileti veriləcək. Bunun müqabilində isə fotorqrafların hansısa sənədi akkreditasiya zamanı tərəfimizə təqdim etməlidirlər. Oyundan sonra jiletlər geri verildiyi zaman sənədlər də geri qaytarılacaq. (Jiletlər  UEFA-ya geri qaytarılmalıdır)

Yayım hüququna malik olmayan TV-lər kameralarla oyun çəkilişinə icazə verilmir. TV-lər ancaq oyun sonrası `miks` zonada və mətbuat konfranslarında çəkiliş apar bilərlər. (Kameralar oyunöncəsi xüsusi otaqda saxlanılacaq və istifadəsi üçün üzərinə UEFA tərfindən göndərilmiş xüsusi stikerlər vurulacaq)

Akkreditasiya qeydiyyatı:

15 Sentyabr 09:00 – 18:00

16 Sentyabr 09:00 – 18:00

Yer: Suraxanı qəsəbəsi, `Qarabağ`-ın bazası (Suraxanı İcra hakimiyyətinin yanı, Tofiq İsmayılov adına stadion)

Əlaqə: 0772193919, 0552727999


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43