Kateqoriyasız

“Qarabağ”ın keçmiş futbolçusu “Boluspor”da

“Roda”dan ayrılan “Qarabağ”ın sabiq futbolçusu Raydel Pupon karyerasını Türkiyənin “Boluspor” klubunda davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, hollandiyalı futbolçu Bolu təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

“Boluspor”la müqavilə imzaladığım üçün xoşbəxtəm. Klub mənə inandı, mən də bura bir şeylər etmək üçün gəlmişəm” – deyə 29 yaşlı futbolçu bildirib. 

Türkiyə PTT 1-ci liqasında çıxış edəcək “Boluspor” ötən mövsümü 12-ci pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43