İdman

“Qarabağ”ın “Kopenhagen”lə matçlarının tarixi dəqiqləşdi

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Turnirdə ölkəmizi təmsil edən “Qarabağ”ın rəqibi Danimarkanın “Kopenhagen” klubu olub.  

İdmanxeber.com-un məlumatına görə, artıq komandalar arasında baş tutacaq matçların tarixi də dəqiqləşib. Belə ki, tərəflər arasında ilk matçın avqustun 15-də Bakıda, cavab oyunu isə həmin ayın 23-də Danimarkada keçiriləcək.

Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43