Ölkə futbolu

“Qarabağ”ın oyunu xoşuma gəlir” – Xarici işlər naziri

AFFA-nın bu gün keçirilən konfransında federasiyanın İcraiyyə Komitəsinə üzv seçilən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, nazir bunları deyib:

“Doğrudan da, bu, böyük şərəfdi. Amma hansısa şərh verə bilmərəm. Çünki yeni seçilmişəm, birinci iclasda iştirak etmişəm. İnanıram ki, biz yavaş-yavaş Azərbaycan futbolunu da inkişaf etdirərik.

Rövnəq müəllim təklif etmişdi ki, gəlin, ölkə futbolunu birlikdə qaldıraq. Mən də Azərbaycan futbolunun həvəskarıyam. Yəqin bilirsiz ki, Bakıda olanda yığma və klublarımızın oyunlarını canlı izləyirəm.

“Qarabağ”ın oyunu xoşuma gəlir. “Neftçi” də yaxşı oyun göstərirdi. Amma indi bir qədər çətinlik çəkir. Axır vaxtlar futbolumuzda, xüsusilə klub səviyyəsində inkişaf gedir.

“Qarabağ” və “Qəbələ” artıq Avropa Liqasının qrupunda oynayıb. İnanıram ki, belə getsə, yayda digər klublar da onların yolu ilə gedəcək. “Zirə” çox yaxşı oyun göstərir. “Qarabağ”ı da, “Qəbələ”ni də qeyd edərdim. Əlbəttə ki, bir az vaxt lazımdı. Amma avrokubok yarışlarında iştirak üçün təcrübə məsələsi də var. Düşünürəm ki, düz yol seçiblər. İnşallah, mövsümün sonunda Azərbaycan klubları Çempionlar Liqasında da iştirak edərlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43