Premyer Liqa

“Qarabağ”ın oyununun stadionu dəyişdirildi

Azərbaycan Premyer Liqasının XXIV turunun “Qarabağ” – “Kəpəz” matçının yeri dəyişdirilib.

İdmanxeber.com-un məlumatına görə, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Öncədən qarşılaşmanın “Azərsun Arena”da baş tutması planlaşdırılmışdı. Lakin stadionun ot örtüyündə problem yarandığına görə matç ölkənin bir nömrəli arenasına keçirilib.

Qeyd edək ki, aprelin 2-də keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43