İdman

“Qarabağ”ın qapısına qol vuran Santander 3 aylıq sıradan çıxıb

Çempionlar Liqasının “Qarabağ”la oyununda qalib gəlsə də, mübarizəni dayandıran “Kopenhagen” daha bir zərbə alıb. 

İdmanxeber.com-un məlumatına görə, Danimarka çempionu əsas hücumçusu Federiko Santanderin xidmətindən məhrum olub.

Təmsilçimizlə Kopenhagendəki görüşdə hesabı açan futbolçu 3 aylıq yaşıl meydanlardan kənarda qalıb. Santander ayağında aldığı zədə üzündən görüşdə əvəzlənib və müayinə xəsarətinin ciddiliyini göstərib.

Qeyd edək ki, evdə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” səfərdə 1:2 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43