Kateqoriyasız

“Qarabağ”ın qrup mərhələsindəki oyunlarını iki kanal canlı yayımlayacaq

UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın matçları canlı yayımlanacaq.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Ağdam klubunun həm ev, həm də səfər matçlarını iki kanal canlı yayımlayacaq. Belə ki, AzTV və İdman Azərbaycan telekanalları “köhlən atlar”ın qrup matçlarını canlı yayımda azarkeşlərə təqdim edəcək.

Konkret olaraq hansı oyunun, hansı kanalda göstəriləcəyi isə tam dəqiqləşməyib.

Qeyd edək ki, “Qarabağ” qrupda ilk oyununu sentyabrın 18-də, Bakıda “Sent Etyenn”ə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43