Dünya futbolu

“Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərir

“Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki rəqiblərindən olan “Sportinq” komandası baş məşqçi Jozef Pezeyrunu istefaya göndərmək niyyətindədir. Lissabon təmsilçisinin Portuqaliya Kubokunda “Eştoril”ə məğlub olması klub rəhbərliyinin səbr kasasını doldurub. Mətbuatda çıxan xəbərlərə görə, Pezeyrunun istefaya yollanması yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, “Sportinq” hazırda Portuqaliya çempionatında 8 oyuna 16 xalla 5-ci yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43