Dünya futbolu

“Qarabağ”ın rəqibi millinin oyunçusunu aldı

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” heyətini gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda Rumıniya U-21 millisinin üzvü Valentin Tikunu rəngələrinə bağlama yaxındır.

Ölkəsində “Petrolul” klubunun formasını geyinən sol cinah müdafiəçisi ilə danışıqların müsbət nəticələnməsi gözlənilir.

“Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da və 23-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43