Dünya futbolu

“Real”a qarşı belə oynaya biliriksə…” – Xavi

İspaniya Super Kubokunun finalında “Barselona” “Real”la üz-üzə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun ardından hər iki komandanın baş məşqçisi matç barədə fikirlərini bildirib:

Xavi: “Bu kuboku qazanmağa bizim daha çox ehtiyacımız var idi. Futbolçularımdan razı qaldım. Komandada çox yaxşı ab-hava var. “Real”la oynayanda hər şeyə nəzarət etməli və maskimum güc qoymalısan. Matç bizim üçün çox yaxşı keçdi. Görüşdə davamlı axtarışda olduq. Rəqibin verdiyi boşluqlardan yararlanmaq lazım idi. Finalda “Real”a qarşı belə oynaya biliriksə, digər rəqiblərə də bunu göstərməliyik. Bir oyundan sonra istirahət edə bilməzsiniz. Bu, bizim işimizdir”.

Karlo Ançelotti: “Bu oyundan dərs almalıyıq. İndi komanda üçün çətin məqamdır. Yaxşı formada olmadığımız məlum idi. Bu matç bizə bəzi çatışmazlıqları göstərdi. Biz geri dönəcəyik. İndi isə növbəti matça hazırlaşmaq lazımdır. Oyunun əvvəli bərabər getsə də, “Barselona” ilk qolu vurdu və öz imkanlarıyla daha çox inam qazandı. Biz komanda şəklində oynamalıyıq. “Valensiya” ilə matçda yaxşı müdafiə elementləri nümayiş etdirdik, lakin bu gün yenə səhvlərə yol verdik. Bunun üzərində işləmək lazımdır”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43