Dünya futbolu

“Qarabağ”ın rəqibi səfərdə xal itirdi

“Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u cari mövsümdə ilk dəfə xal itirib.

İdmanxeber.az xəbər verir ki, Pirey təmsilçisi Superliqada II turunda “Asteras”la səfərdə keçirilən matçda meydan sahiblərinin müqavimətini qıra bilməyib – 0:0.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43