Kateqoriyasız

1 milyondan çox, 3 illik… – Vadji imzanı bu tarixdə atır

“Qarabağ”ın hücumçusu İbrahima Vadji Fransanın “Sent Etyen” klubu ilə avqustun 30-da rəsmi müqavilə imzalayacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, seneqallı hücumçunun sözləşməsi sol cinah müdafiəçisi Leo Petro və yarımmüdafiəçi Toma Monkondui ilə eyni gündə rəsmiləşəcək.

27 yaşlı forvardın anlaşma müddəti 3 illik olacaq. Onun transferindən ötrü Azərbaycan klubuna 1.2 milyon avro ödəniləcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43