İdman

“Qarabağ”ın rəqibini tanıyaq – FOTOLAR

Az əvvəl atılan püşk nəticəsində UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olan Danimarka "Kopenhagen"i ölkəsinin ən çox qızıl medal qazanan kollektividi.

İdmanxeber.com-un məlumatına görə, tarixində ikinci dəfə "köhlən atlar"a rəqib olan skandinaviyalıların komandamızla ilk sınağı 1998-1999-cu il mövsümünə təsadüf edir. Həmin vaxt kuboklar kuboku turnirində üz-üzə gələn tərəflərin duelində hər iki oyunun nəticəsinə əsasən Danimarka təmsilçisi rəqibimizin qapısından nə az, nə çox 10 top keçiriblər – 0:6, 0:4.

11 dəfə Danimarka Superliqasının qalibi olan "aslanlar" ləqəbli komanda, oyunlarını 38 065 tamaşaçı tutumuna malik "Telia Parken" stadionunda keçirir.

 Stole Solbakenin yetirmələrinin "Qarabağ"dan öncəki rəqibi Makedoniya "Vardar"ı olub. "Kopenhagen" ilk matçda rəqibinə minimal hesabla uduzsa da, cavab matçında 4:1 hesabı ilə qalib gəlib.

“Qarabağ” və “Kopenhagen” arasındakı ilk qarşılaşma avqustun 15-16-da Bakıda, cavab görüşü isə 1 həftə sonra Kopenhagendə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43