Kateqoriyasız

“Qarabağ”ın sabiq hücumçusu Türkiyə klubunda

“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı hücumçu “Boluspor”la anlaşıb. I liqa təmsilçisi tərcrübəli futbolçuyla 1,5 illik müqavilə imzalayıb.

Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2021/2022 mövsümünü “Kocaelispor” klubunda keçirib. Dinonun son klubu Çində “Çanqçun” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43