Kateqoriyasız

Ronaldonun ilk görüşü Messiyə qarşı olacaq

“Əl Nasr”ın baş məşqçisi Rudi Qarsiya Kristiano Ronaldonun ilk matçına çıxacağı tairixi açıqlayıb.

İdmanxeber.az-n məlumatına görə, fransalı mütəxəssis portuqaliyalı futbolçunun ilk görüşünün Messili PSJ-yə qarşı olacağını bildirib:

“Ronaldonun ilk oyunu “Əl Nasr” formasıyla olmayacaq. O, “Əl Nasr” və “Əl Hilal” komandalarınının futbolçularından ibarət yığma heyətlə PSJ-yə qarşı yoxlama görüşündə meydana çıxacaq.

Futbolçunun “Mançester Yunayted” dönəmindən iki oyunluq cəzası var. Bu səbəbdən də Kristiano “Əl Nasr” formasıyla ilk görüşünü yanvarın 22-si “Əl İttifaq” klubuna qarşı keçirəcək”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43