Kateqoriyasız

“Qarabağ”ın sabiq prezidenti vəfat etdi

“Qarabağ” Futbol Klubunun təsisçilərindən biri, sabiq futbolçu və baş məşqçi Adil Nadirov bu gün 69 yaşında dünyasını dəyişib.

İdmanxeber.az-ın xəbərinə görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, A.Nadirov uzun illər həm də “Qarabağ”ın prezidenti vəzifəsində çalışıb. 1993-cü ilin iyul ayında Ağdamın işğalından sonra komandanın yaşaması üçün fədakarlıq göstərən şəxslərdən biri olub.

Allah rəhmət eləsin!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43