İdman

“Qarabağ”ın son məşqindən – FOTOLAR

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi”ylə oyundan sonra istirahətə buraxılan “Qarabağ” bu gün öz bazasında bir araya gəlib.

İdmanxeber.com-un məlumatına görə, futbolçular saat 11:00-da məşqə çıxaraq, aprelin 1-i keçiriləcək “Keşlə”ylə oyunun hazırlığına start verib. 

Milli komandamızda yer alan futbolçular məşqdə iştirak etməyib.

Qeyd edək ki, əvəzedici heyətin bir neçə üzvü də əsas komanda ilə məşqə çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43