Ölkə futbolu

“Qarabağ”ın yeni transferi məşqlərə qoşuldu

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” 1 günlük istirahətdən sonra məşqlərini bərap edib.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasındakı təmsilçimiz günü iki məşqlə başa vurub.

Günün ilk məşqi yerli vaxtla saat 11:00-da (Bakı vaxtıyla 13:00) start götürüb və təxminən 90 dəqiqə davam edib. Bu məşqdə futbolçular fiziki təmrinləri yerinə yetirib. Hazırlıq topu çalışmalarla başa çatıb.

Günün ikinci çalışmasına komanda “kvadrat”la başlayıb. Daha sonra taktiki çalışmaları yerinə yetirən futbolçularımız ikitərəfli oyunla məşqi başa vurub.

Qeyd edək ki, ispaniyalı yeni transfer Xayme Romero artıq komandayla məşqlərə qoşulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43