Ölkə futbolu

“Qarabağ”la “Qəbələ” Gürcüstanda rəqib oldular

“Qarabağ”ın U-11 komandası Gürcüstanın Tiflis şəhərində Nodar Axalkatsinin xatirəsinə keçirilən beynəlxalq turnirdə növbəti matçına çıxıb.

Ağdam təmsilçisi 1/4 finalda Gürcüstanın “TS Akademiyası” klubuna 0:1 hesabıyla məğlub olub.

“Qarabağ” 5-8-ci yerlər uğrunda ilk görüşünü də keçirib. Təmsilçimiz bu qarşılaşmada “Rustavi”ni 1:0 hesabıyla məğlub edib. Ağdam klubu sabah 5-6-cı yer uğrunda bu turnirdəki digər təmsilçimiz “Qəbələ”ylə qarşılaşacaq. Oyun saat 10:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43