Ölkə futbolu

“Qarşıdakı transfer pəncərəsində Musa “Yurqorden”dən ayrıla bilər”

İsveçin “Yurqorden” klubunda çıxış edən Musa Qurbanlının komandadan ayrılacağı barədə iddialara aydınlıq gətirilib.

İdmanxeber.az-ın məlumata görə, bu barədə futbolçunun meneceri Tural Əsgərov “ARB 24” kanalına açıqlama verib. O, klubun hücumçuya qarşı inamsızlıq etdiyini bildirib:

Musanın “Yurqorden”dəki gələcəyi barədə danışmaq çətindir. Komandanın qışda etdiyi yeni transferlərdən heyətdə rəqabət yaranacağı hiss olunurdu. Ancaq son iki turda Musanın oyunların iştirak ərizəsinə daxil edilməməsi bizdə təəccüb və hiddət doğurub. Klubun bu davranışı Qurbanlıda da inamsızlıq yaradıb. Bu barədə artıq “Yurqorden” rəhbərliyi ilə danışıb narazılığımızı bildirmişik. Qarşıdakı transfer pəncərəsində Musa “Yurqorden”dən ayrıla bilər. Bu, iyun ayından tez baş tuta bilməz. Hazırda onun “Qarabağ”a və ya digər bir kluba keçib-keçməyəcəyi bəlli deyil”.

Xatırladaq ki, millimizin hücumçusu ötən ilin yayında İsveç klubu ilə 3 illik müqavilə bağlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43