Dünya futbolu

Silva vətəninə qayıda bilər

“Çelsi”nin müdafiəçisi Tiaqo Silva karyerasını “Fluminense”də davam etdirə bilər.

İdmanxeber.az məlumat verir ki, Silva 2006-09-cu illərdə çıxış etdiyi “Fluminense”yə qayıda bilər.

39 yaşlı futbolçunun London klubu ilə müqaviləsi bu ilin iyununda başa çatır.

Braziliya klubu Silvanı azad agent kimi dəvət etmək istəyir və artıq müqavilə üzərində işləyir. Tiaqo özü də əvvəllər gələcəklə bağlı qərarını tezliklə açıqlayacağını bildirmişdi. O, artıq “Çelsi”də 4-cü mövsümünü keçirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43