Kateqoriyasız

“Qəbələ” – “Borussiya” matçına nə qədər bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində sabah keçiriləcək “Qəbələ” – “Borussiya” matçı üçün bilet satışı davam edir.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin İdmanxeber.com-a verdiyi məlumata görə, bazar ertəsindən satışa çıxarılan biletlərdən 4500-ü satılıb. 

Qeyd edək ki, sabah saat 20:00-da keçiriləcək matç üçün bilet satışı “Bakcell Arena”nın kassalarında həyata keçirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43