Ölkə futbolu

“Qəbələ” “İnter”lə matçın hazırlıqlarına başlayıb

“Qəbələ” Azərbaycan Premyer Liqasının II turunun “İnter”lə oyununun hazırlığına start verib. 

İdmanxeber.com-un məlumatına görə, avqustun 8-də keçirilən “Kəpəz”lə I turun qarşılaşmasından (2:0) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” günün ikinci yarısında bir araya gəlib. 

Hazırlıq prosesində futbolçular iki qrupa bölünüb. Bir gün öncəki görüşdə iştirak edənlər bərpaedici hazırlıq keçibsə, digər oyunçular topla çalışıb. Komanda növbəti məşqini sabah keçirəcək.
“Qəbələ”nin “İnter”lə oyununun yeri və vaxtı da dəqiqləşib. Avqustun 12-də baş tutacaq qarşılaşmada meydan sahibi paytaxt klubu deyil, “qırmızı-qaralar” olacaq. Bu üzdən matç öncədən nəzərdə tutulduğu kimi “İnter Arena”da deyil, “Dalğa Arena”da baş tutacaq. Oyun saat 20:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası

II tur
20:00. “Qəbələ” – “İnter”
Bakı. “Dalğa Arena”

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43