Ölkə futbolu

“Qəbələ” Kiyev “Dinamo”su ilə qarşılaşacaq

“Qəbələ”nın Avstriya toplanışının ikinci hisəsəsi üçün planları məlum olub. Komanda 3 yoxlama görüşü keçirəcək.

Artıq sınaqçı rəqiblərdən ikisi də bəllidir. Söhbət Albaniya “Kukesi”si və Kiyev “Dinamo”sundan gedir. Bu oyunlar müvafiq olaraq, iyunun 30-u və iyulun 4-də keçiriləcək.

Sonuncu oyunun vaxtı (8 iyun) bəlli olsa da, komandanın adına aydınlıq gəlməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43