Kateqoriyasız

“Qəbələ” – “Panatinaikos” matçının biletləri satışda

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatinaikos” matçının biletləri artıq satışdadır.

İdmanxeber.com-un klubun rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, futbolsevərlər biletləri matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunun kassalarından ala bilərlər.

Biletlərin qiymətləri sektorlara müvafiq olaraq 1, 2 və 10 manatadır.

Qeyd edək ki, avqustun 20-də keçiriləcək “Qəbələ” – “Panatinaikos” oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43