Kateqoriyasız

“Qəbələ” “Qalatasaray”a uduzdu

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq  “VI Manavqat” turnirinin açılış günündə iki oyun keçirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, ilk matçda “Berlin Türkiyemspor”la (Almaniya) qarşılaşan “qırmızı-qaralar” meydançadan minimal üstünlüklü qələbə ilə ayrılıblar – 1:0. Komandanın yeganə qoluna Ruslan İsmayılov imza atıb. Günün ikinci oyununda “Qəbələ” turnirin iddialı kollektivlərindən olan yerli “Qalatasaray”la üzləşib. Matç istanbulluların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ülfət Mədətovun komandası növbəti iki oyununu bu gün keçirəcək. “Qəbələ” saat 17:45-də “Seyrantepespor”, 19:15-də “Özərspor” u sınağa çəkəcək. Aprelin 1-də baş tutacaq son turda “Nordsyelland”la (Danimarka) üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:30-da veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43