Ölkə futbolu

“Qəbələ” UEFA-nın tarixinə düşdü

UEFA Avropa Liqasının qrup mərhələsi ilə bağlı maraqlı statistik yazı hazırlayıb. 

İdmanxeber.com-un qurumun rəsmi saytına istinadən məlumatına görə, rekord müəyyənləşdirən klublar arasında “Qəbələ” də var.

 

Təmsilçimiz ikinci dəfə Avroliqanın qrupunda iştirak hüququ əldə edib. “Qırmızı-qaralar” həm ötən, həm də cari mövsümdə qrupa düşmək üçün 4 rəqibi mübarizədən kənarlaşdırmalı olublar. İkinci dəfə I təsnifat mərhələsindən mübarizəyə başlayıb, qrupa qədər irəliləyən “Qəbələ” bu baxımdan “Rusenborq”un rekorduna şərik olub. Ancaq Roman Qriqorçukun yetirmələri ardıcıl iki mövsüm bunu bacaran yeganə komandadı.

 

Bundan başqa, yazıda həm klubların, həm də futbolçuların qrupla bağlı rekordları qeyd olunub. Həmin statistik məlumatlarla sizi tanış edirik:

 

 

KLUBLAR

 

Avropa Liqasının qrupuna ən çox vəsiqə qazananlar:

“Brügge”, PSV – 6 dəfə; “Atletik”, “Latsio”, PAOK, “Rapid” (Vyana), “Zalsburq”, “Sparta”, “Sportinq”, “Styaua”, “Tottenhem”, “Vilyarreal” – 5.

 

Avropa Liqası və UEFA Kubokunun qrupuna ən çox qatılanlar:

“Brügge” – 9 dəfə; “Alkmar”, “Tottenhem” – 8; “Bazel”, “Beşiktaş”, “Dinamo” (Zaqreb), “Partizan”, “Sevilya”, “Sparta”, “Styaua”, “Vilyarreal” – 7.

 

Avropa Liqasında ən çox xal toplayanlar:

PSV – 66 xal; “Zalsburq” – 64.

 

UEFA Kuboku da daxil olmaqla ən çox xal toplayanlar:

“Tottenhem” – 82 xal; PSV – 66.

 

Ən çox qol vuranlar:

“Zalsburq” – 57 qol; “Napoli”, “Tottenhem” – 53.

 

UEFA Kuboku da daxil olmaqla ən çox qol vuranlar:

“Tottenhem” – 76 qol; “Alkmar” – 62.

 

Ardıcıl qrup səddini ən çox aşanlar:

“Anderlext”, “Napoli”, “Vilyarreal” – 4 dəfə.

 

Qrupu ən çox lider kimi başa vuranlar:

“Liverpul”, PSV, “Zalsburq”, “Sportinq” – 3 dəfə.

 

Bir mövsümdə qrupda ən çox xal toplayanlar:

“Zenit” (2010/11), “Anderlext” (2011/12), “Zalsburq” (2013/14), “Tottenhem” (2013/14), “Dinamo” (Moskva, 2014/15), “Napoli” ( 2015/16) – 18 xal.

 

Qrup səddini ən az xalla keçənlər:

“Anderlext” (2010/11), “Napoli” (2010/11), “Maribor” (2013/14), “Dnepr” (2014/15), “Midtyuland” (2015/16) – 7 xal.

 

Ən çox xalla qrupda qalanlar:

“Birmingem” (2011/12), PSJ (2011/12), “Tottenhem” (2011/12), “Yanq Boyz” (2012/13), “Lokeren” (2014/15), “Sparta” (2014/15) – 10 xal.

 

Bir mövsümdə qrupda ən çox qol vuran:

“Napoli” (2015/16) – 22 qol.

 

I təsnifat mərhələsindən mübarizəyə qoşulub qrupa qədər irəliləyənlər:

“Fulhem” (2011/12), “Rusenborq” (2012/13, 2015/16), “Tvente” (2012/13), “Tromsö” (2013/14), “Qəbələ” (2015/16, 2016/17), “Makkabi” (Təl Əviv, 2016/17).

 

Bu mövsüm Avropa Liqasının qrupunda debüt edəcək komandalar:

“Astana”, “Selta”, “Dandalk”, “Hapoel” (Beer-Şeva), “Konyaspor”, “Olimpiakos”, “Osmanlıspor”, “Sassuolo”, “Sauthempton”, “Maynts”, “Mançester Yunayted”, “Nitsa”, “Zarya”.

 

Turnirdə ən çox təmsil olunan ölkələr:

İtaliya – 26 dəfə; Hollandiya, İspaniya – 22; Almaniya – 21; İngiltərə – 20; Fransa, Portuqaliya – 19.

 

UEFA Kuboku da daxil olmaqla, ən çox təmsil olunan ölkələr:

İspaniya – 40 dəfə; Almaniya, İtaliya, Hollandiya – 38; Fransa – 37.

 

Ən çox klubla təmsil olunan ölkələr:

Almaniya – 14 klubla; İngiltərə, İtaliya, Portuqaliya – 12; Fransa – 11.

 

UEFA Kuboku da daxil olmaqla ən çox klubla təmsil olunan ölkələr:

İngiltərə, Almaniya – 17 klubla; Fransa – 16; İtaliya, İspaniya – 14.

 

Qrup mərhələsində təmsil olunmayan ölkələr:

Andorra, Ermənistan, Bosniya və Herseqovina, Makedoniya, Cəbəllütariq, Gürcüstan, İslandiya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, San Marino, Şimali İrlandiya, Uels, Farer adaları, Monteneqro, Estoniya.

 

 

FUTBOLÇULAR

 

Ən çox oyun keçirənlər:

Mario Sonnleytner – 28 oyun; Papa Queye, Atiba Hatçinson, Cermeyn Lens – 27.

 

UEFA Kuboku da daxil olmaqla ən çox oyun keçirənlər:

Dimitris Salpingidis – 38 oyun; Atiba Hatçinson – 35.

 

Ən çox qol vuranlar:

Alan, Edinson Kavani, Dris Mertens – 12 qol; Raul Bobadilya, Cermeyn Defo, Raul Rusesku – 11.

 

UEFA Kuboku da daxil olmaqla ən çox qol vuranlar:

Cermeyn Defo – 15 qol; Dimitris Salpingidis – 14.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43