Ölkə futbolu

Qurban Qurbanov qardaşı ilə qarşılaşacaq

“Qarabağ” Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə etmək fikrindədi. 

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi bu müddətdə bir yoxlama görüşü keçirəcək.

 

Baş məşqçi Qurban Qurbanov milliyə dəvət almayan futbolçuları yoldaşlıq matçında sınayacağını bildirmişdi. Həmin rəqibin kimliyi də artıq məlumdu. Ölkə çempionu I divizion təmsilçisi “Zaqatala”nı sınağa çəkəcək. Bu görüş sentyabrın 1-də baş tutacaq.

 

Qeyd edək ki, “Zaqatala” klubunun prezidenti Musa Qurbanov “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun qardaşıdı.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43