Kateqoriyasız

“Qəbələ”dən daha bir rəsmi transfer: Adı UEFA-nın iştirak ərizəsinə daxil edildi

“Qəbələ” növbəti transferini rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” qapıçı David Pietrzkieviçi heyətinə qatıb. 

27 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb.

2013/2014  mövsümündə də “Qəbələ”nin şərəfini qorumuş polşalı qolkiper 33 nömrəli forma ilə çıxış edəcək.  

Artıq qapıçının adı UEFA-nın iştirak ərizəsinə daxil edilib.

Qeyd edək ki, 2013-cü ildə “Simurq”dan “Qəbələ”yə transfer olunan Pietrzkieviç “qırmızı-qaralar”ın heyətində 10 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43